İyunun 15-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidməti bildirir ki, ölkənin bəzi bölgələrində yağıntılı hava davam edir, şimşək çaxır və yağış intensivləşir.
Yağıntının miqdarı: Tərtərdə 20 mm, Zərdabda 18 mm, Gədəbəydə 16 mm, Bakıda və Abşeronda 1 mm.
İyunun 14-də Qubadlıda 20 mm diametrli dolu düşüb.
Külək maksimal sürəti Zaqatalada 23 m/s, Cəfərxanda 20 m/s.
Göyçay və Lerikdə duman var, görünüş 500 m-dək məhdud.
Maksimal temperatur: Bakıda 33°C, dağlıq ərazilərdə 23°C.












