Bond.az White LogoBond.az Black Logo

Siyəzəndə qadın sürücü qəzaya səbəb oldu: azyaşlı övladı öldü

Siyəzəndə qadın sürücünün yüksək sürət nəticəsində qəza törətməsi azyaşlı övladının ölümünə səbəb oldu. BDYPİ sürücüləri məsuliyyətə çağırır.

Anar Quliyev
Müəllif:Anar Quliyev- Senior Editor
|
0

Siyəzəndə yüksək sürətlə idarə olunan avtomobil idarəetmədən çıxaraq aşıb.

Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) açıqlama yayıb.

Bildirilib ki, hadisə səbəbindən qadın sürücünün avtomobildə olan azyaşlı övladı həyatını itirib.

Qeyd olunub ki, Bərdədə isə avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edən şəxsin törətdiyi qəzada onun həyat yoldaşı dünyasını dəyişib.

BDYPİ-dən bildirilib ki, sükan arxasında bir anlıq məsuliyyətsizlik bütöv bir ailənin faciəsinə çevrilir:

"Son vaxtlar baş verən ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sürücülərin yol hərəkəti qaydalarına etinasız yanaşması bir sıra hallarda bütöv bir ailənin faciəsi ilə nəticələnir. Xüsusilə narahatlıq doğuran məqam ondan ibarətdir ki, bəzi sürücülər avtomobildə ailə üzvləri, azyaşlı övladları olsa belə, təhlükəli sürət seçir, yol hərəkəti qaydalarını kobud şəkildə pozur, hətta sərxoş vəziyyətdə sükan arxasına əyləşirlər. Belə hallarda ani diqqətsizliyin məntiqi sonluğu isə bütöv bir ailə faciəsi və ömürlük iztirabla bitir. Sadalanan faktlar bir daha göstərir ki, sürücülərin yol verdiyi xətaların qurbanları bəzən elə onların öz doğmaları olur. Halbuki bu hadisələrin mütləq əksəriyyətinin qarşısını almaq mümkündür. Əlbəttə ki, sürücü sükan arxasında məsuliyyətli davranıb yol hərəkəti qaydalarına, sürücü intizamına riayət edərsə, özü də, doğmaları da, neçə-neçə günahsız hərəkət iştirakçısı da mənzil başına sağ-salamat çatar. Unudulmamalıdır ki, avtomobil yüksək təhlükə mənbəyidir. Sükan arxasında edilən hər düşüncəsiz davranış təkcə sürücünün deyil, onun ailəsinin, yaxınlarının və digər hərəkət iştirakçılarının həyatını təhlükə altında qoyur".

Digər Xəbərlər
Bu gün / 10:02
|
793

Laçın və Kəlbəcərdə arxeoloji qazıntılar planlaşdırılır

AMEA prezidenti Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatların planlaşdırıldığını açıqlayıb. Qarabağda elmi mərkəz açılması vurğulanıb.

0
Bu gün / 10:01
|
656

Modellik mifləri və reallıqlar

Modellik mifləri və reallıqlar: təbii gözəllik, stereotiplər, qınaq və model olmaq üçün tələblər haqqında məlumat.

0
Bu gün / 09:01
|
986

136 yaşlı Tamam Əzizova vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşlı Tamam Əzizova Lənkəran xəstəxanasında vəfat etdi.

0
Bu gün / 08:31
|
835

Sumqayıtda antisanitar vəziyyət: Səbəb və cavab

Sumqayıtın İnşaatçılar qəsəbəsində antisanitar vəziyyət yaranıb. İcra hakimiyyəti səbəbi açıqlayıb. Tullantılar təmizlənib.

0
Bu gün / 08:03
|
415

Xankəndidə yeni yağış kollektor sistemi

Xankəndidə yağış suları üçün yeni kollektor sistemi qurulacaq. Layihə çərçivəsində su təchizatı və kanalizasiya infrastrukturu müasirləşdiriləcək.

0
Bu gün / 08:03
|
551

9 min hektarda taxıl əkini - Nazir müavini açıqladı

Azərbaycanda 9 min hektar ərazidə taxıl əkini aparılır. Nazir müavini Zaur Əliyev buğda ilə özünütəminatı 66 faizə çatdırmağı hədəflədiklərini açıqlayıb.

0
Bu gün / 08:01
|
377

Ət qiymətləri sabitləşəcək

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev ət qiymətlərinin sabitləşməsi üçün istehsalın artırılacağını bildirib.

0
Bu gün / 08:00
|
873

Ötən ay 5.6 milyon manatlıq qaçaqmal aşkarlanıb

DSX ötən ay 5.6 milyon manat dəyərində qaçaqmal aşkarladı: ABŞ dolları, spirt, dərman və tütün məmulatları müsadirə edildi.

0
Bu gün / 07:31
|
731

Avtonom nəqliyyat üçün xüsusi nişan

Avtonom nəqliyyat vasitələri üçün xüsusi tanınma nişanının tətbiqi barədə xəbər. Nişanın forması, ölçüləri və məqsədi haqqında ətraflı məlumat.

0
Bu gün / 07:30
|
211

Yol nişanlarında dəyişiklik: göy fon dəyişir

Yol nişanlarında dəyişiklik: göy fon həm avtomagistral, həm də digər yolları ifadə edəcək. Milli Məclisdə müzakirə olunur.

0
Bu gün / 07:02
|
661

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir. Dövlət qurumları, ekspertlər və şirkətlər kibertəhlükəsizlik məsələlərini müzakirə edir.

0
Bu gün / 07:00
|
821

Nazir müavini aqrar sahədə 10 illik artımı açıqladı

Kənd təsərrüfatı nazir müavini Zaur Əliyev aqrar sahədə son 10 ilin artım göstəricilərini açıqladı.

0
...
Siyəzəndə qadın sürücü qəzaya səbəb oldu: azyaşlı övladı öldü | Bond.az