Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası məcburi dövlət sosial sığortası qaydasında dəyişiklik edib.
Yeni qaydaya əsasən, bəzi şəxslərin sosial sığorta qeydiyyatı avtomatik aparılacaq.
Dəyişiklik öz-özünü sığortaedənlərə, kənd təsərrüfatı torpaqlarından istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarının üzvlərinə aiddir.
Onların uçotu Dövlət Vergi Xidmətinin məlumatları əsasında, ayrıca müraciət olmadan həyata keçiriləcək.












