Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindəki Hacı Bəyverdi məscidinin sabiq axundu Taleh Sadıqov oğlunun şikayəti əsasında saxlanılıb.
1977-ci il təvəllüdlü Sadıqov barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə protokol tərtib edilib.
Oğlu Yavər Sadıqov məhkəmədə bildirib ki, namaz qılmağı dayandırdığı üçün atası ilə münasibətləri gərginləşib.
Taleh Sadıqov isə oğlu ilə mübahisəni təsdiqləyib və evdə keçirdiyi yığıncaqların elmi müzakirə olduğunu deyib.
Məhkəmə onu təqsirli bilərək 1500 manat cərimə edib.












