Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin təməl daşı olan Şuşa Bəyannaməsinin imzalanmasından beş il ötür.
Sənəd 2021-ci il iyunun 15-də Şuşada Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Bəyannamə 2022-ci ilin fevralında hər iki ölkənin parlamentlərində təsdiqlənib. Sənəd iki qardaş ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib.












