Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov yaxın perspektivdə Şuşada əlavə dəmir yolu stansiyasına ehtiyac olmayacağını bildirib.
Oxu.Az-a açıqlama verən Kərimov qeyd edib ki, Xankəndi ilə Şuşa arasındakı məsafə qısalır: "Yol yenidən qurulur və məsafə bir neçə kilometr azalacaq. Hazırda Şuşanın mərkəzindən Xankəndinin mərkəzinə 10-15 dəqiqəyə çatmaq mümkündür, gələcəkdə bu müddət daha da azalacaq."
O əlavə edib ki, hazırda nəzərdə tutulan Xankəndi stansiyası şəhərdən bir qədər kənarda, Şuşaya yaxın ərazidə yerləşəcək: "Bu, həm Şuşaya gələn ziyarətçilər, həm də bölgəyə səfər edən insanlar üçün rahat olacaq."












