Zaur Xabəliyev Şuşanın Böyük Qaladərəsi kəndinə köç edib. O, doğma yurda qayıdışından bəhs edib.
“Sevincimin həddi-hüdudu yoxdur. Allah Prezidentimizi qorusun, şəhidlərə rəhmət, qazilərə cansağlığı arzu edirəm”, - deyə Zaur bildirib.
“Bakıda qaynaqçı işləmişəm. Şuşada da bu peşəmi davam etdirmək istəyirəm. Məşğulluğa müraciət etmişəm. Planlarım çoxdur, inşallah həyata keçirəcəm”, - o qeyd edib.
Zaur Prezident İlham Əliyevə təşəkkür edib, qazilərə cansağlığı arzulayıb.












