Gürcüstanın paytaxtı Tbilisidə əsas rəmzlər – televiziya qülləsi və "Sülh körpüsü" Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.
Aksiya 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilib. Axşamdan etibarən qüllə və Kür çayı üzərindəki şüşəli piyada körpüsü yaşıl, qırmızı və göy rənglərə bürünüb.
Bu ənənə artıq hər il mayın 28-də təkrarlanır.












