Bakı-Tbilisi qatarı ilə səfər edənlər üçün sığorta sənədini haradan əldə edə bilərsiniz?
Sığortanı birbaşa şirkətdən, onlayn və ya Bakı və Gəncə dəmiryol vağzallarında fəaliyyət göstərən agentlərdən ala bilərsiniz.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Qeyd edilib ki, 1 yanvar 2026-cı ildən Gürcüstana daxil olan xarici vətəndaşlar üçün icbari sığorta tələb olunur.
Sığorta sənədi Gürcüstan sərhədində yoxlanılacaq. Sənədi özünüzlə götürməyi unutmayın!












