Bond.az White LogoBond.az Black Logo

TƏBİB-də yüksək vəzifəyə TƏYİNATLAR - FOTO

TƏBİB-də yüksək vəzifəyə təyinatlar: Nizami Tibb Mərkəzinə və Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavinləri təyin edilib.

Murad Qafarov
Müəllif:Murad Qafarov- Senior Editor
|
0

Nizami Tibb Mərkəzinə və Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavinləri təyin edilib.

TƏBİB-in məlumatına görə, Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri vəzifəsinə professor Fərəh Qaraqurbanlı təyin olunub.

Fərəh Qaraqurbanlı 1997-ci ildə tibb elmləri namizədi, 2004-cü ildə isə tibb elmləri doktoru alimlik dərəcəsi alıb. 2024-cü ildə ona professor elmi adı verilib.

O, 1991-1999-cu illərdə həkim-mama-ginekoloq, 1999-2008-ci illərdə müxtəlif doğum evlərində şöbə müdiri və baş həkim vəzifələrində çalışıb.

2008-ci ildən hazırkı təyinatına qədər Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində və Baku Medical Plaza-da həkim-mama-ginekoloq kimi fəaliyyət göstərib.

Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Rəxşəndə Əhmədova təyin edilib.

Rəxşəndə Əhmədova 1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirib, 2016-cı ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

O, 1997-1999-cu illərdə həkim, 1999-2020-ci illərdə Serologiya şöbəsinin müdiri, 2020-ci ildən isə Laboratoriya şöbəsinin müdiri vəzifələrində çalışıb.

Digər Xəbərlər
Bu gün / 16:31
|
621

Erməni apellyasiya şikayətlərinə baxıldı

Bakı Apellyasiya Məhkəməsində ermənilərin apellyasiya şikayətlərinə baxıldı. Vəsatətlər qismən təmin edildi, növbəti iclas iyunun 9-da.

0
Bu gün / 16:01
|
264

Metro və avtobus qəbzlərində marşrut məlumatı

Bakıda ictimai nəqliyyatda yenilik: bank kartı ilə ödəniş qəbzlərində marşrut və metro stansiyası məlumatı əks olunacaq.

0
Bu gün / 15:32
|
798

Müəllimlərin vakansiya seçimi nəticələri açıqlandı

Müəllimlərin vakansiya seçimi nəticələri elan edildi. 2022 müəllim iş yerini dəyişdirmək imkanı qazandı. Nəticələri şəxsi kabinetinizdən öyrənin.

0
Bu gün / 15:31
|
771

107 və 107A marşrutları yenilənir

107 və 107A marşrutları iyunun 3-dən müasir avtobuslarla xidmət göstərəcək. Ödəniş nağdsız, gedişhaqqı 0,65 AZN.

0
Bu gün / 14:31
|
943

Azadlıq prospektində çaşdıran nişanlanma

Azadlıq prospektində nişanlanma sürücüləri çaşdırır, sağa dönmə qayda pozuntusuna səbəb olur.

0
Bu gün / 14:01
|
247

48 saatda baxış təklifi

Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məlumatın 48 saat ərzində baxılması təklif edilir. CPM dəyişiklik layihəsində.

0
Bu gün / 13:02
|
372

5 yaşlı Onurun faciəsi

Cəlilabadda 5 yaşlı Onurun faciəvi ölümü: uşaq su anbarında boğulub. Təfərrüatlar videoda.

0
Bu gün / 12:31
|
382

Yeni hakimlər DİN-də görüş keçirdi

Yeni təyin edilmiş hakimlər Daxili İşlər Nazirliyində görüş keçirib. Hüquq-mühafizə və məhkəmə institutları arasında əməkdaşlıq müzakirə olunub.

0
Bu gün / 12:02
|
569

Fərid Ələsgərova Bakı Metropolitenində vəzifə verildi

Fərid Ələsgərov Bakı Metropolitenində Maliyyə departamentinin Xəzinədarlıq şöbəsinə rəis təyin olundu.

0
Bu gün / 12:01
|
754

Sabirabad, Şirvan və Balakəndə qaz kəsiləcək

Sabirabad, Şirvan və Balakəndə iyunun 3-də qaz kəsiləcək. Müvəqqəti fasilə təmir işləri ilə bağlıdır.

0
Bu gün / 11:32
|
371

Küləkli hava ilə bağlı yol polisi xəbərdarlığı

BDYPİ küləkli hava ilə bağlı sürücü və piyadalara xəbərdarlıq edib. Ehtiyatlı olun və yol qaydalarına riayət edin.

0
Bu gün / 11:32
|
747

Müəllimlərin işə qəbulu üçün elektron sənəd qəbulu başlayır

2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başlayır. Sənəd qəbulu 3-10 iyun tarixlərində.

0
...
TƏBİB-də yüksək vəzifəyə TƏYİNATLAR - FOTO | Bond.az