Azərbaycanın Təbrizdəki baş konsulu Ramil İmranovun cənazəsi ölkəmizə gətirilib.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
O bildirib ki, mərhumun cənazəsi Göyçay rayonunda dəfn olunacaq.
Qeyd edək ki, R.İmanov Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşərək həlak olub.












