Təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təminatı, "Rəqəmsal məktəb" layihəsi və sənədlərin elektronlaşdırılması davam edir.
Elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal İnkişaf Şurasının iclasında bildirib ki, növbəti mərhələdə tədrisin tam rəqəmsallaşdırılması nəzərdə tutulur.
Nazir Birinci vitse-prezident Mehriban Əliyevaya görülən işlər və planlar barədə məlumat verib. O, təhsil sənədlərinin rəqəmsal formata keçirilməsi və məktəblərin internetlə əhatə olunmasını vurğulayıb.
"Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" proqramlarının əhəmiyyətini qeyd edən Əmrullayev deyib: "Məqsədimiz şagirdlərin rəqəmsal bacarıqlarını artırmaq və keyfiyyətli insan kapitalı formalaşdırmaqdır."












