Baku TV-nin "O vaxtlar" verilişində tarixçi Təranə Cəbiyeva unudulan adətlərdən danışıb.
O, uşaqlıq xatirələrini, anasının rolunu və Bakı kəndlərindəki ənənələri bölüşüb.
Atasını erkən itirən Cəbiyeva deyib ki, anası həm ata, həm ana olub.
Bülbülə və digər kəndlərdə Novruz ənənələri, qızbəyənmə mərasimləri, hamam mədəniyyəti və ailə dəyərləri xatırlanıb.
O vurğulayıb: "Qadınlar səhvi, düzü bilirdi, ailəni qoruyurdu".
Müasir tərbiyədə valideyn məsuliyyətinin vacibliyini də qeyd edib.
"Keçmişdəki hadisələri unutmaq bizi unutqan edər, cəmiyyət bağışlamaz", - deyə o bildirib.












