Azərbaycanda iyunun 20-dən 22-dək güclü külək gözlənilir. Sarı və narıncı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidməti bildirib ki, Bakı və Abşeron yarımadasında, həmçinin bir çox rayonda küləkli hava olacaq.
Naxçıvan, Bərdə, Tərtər, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Saatlı, Sabirabad, İmişli, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Hacıqabul, Samuxda sarı xəbərdarlıq qüvvədədir. Şərq küləyinin sürəti 13.9-20.7 m/san olacaq.
Bakı, Abşeron, Mingəçevir, Gəncə, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlıq var. Şimal-qərb küləyi 20.8-28.4 m/san-dək güclənəcək.












