Baku TV-nin "Kəndinə qayıt" verilişi Beyləqanın Allahyarlı kəndinə səfər edib.
Mil düzünün ortasında yerləşən kəndin əhalisi əsasən kənd təsərrüfatı ilə məşğuldur. Əsrlərdir yaşadılan tərəkəmə mədəniyyəti bu kəndin ən böyük xüsusiyyətidir.
Kənd sakini Tahir Əzimov qeyd edir ki, yeddi əcdadı Kəlbəcər yaylaqlarında yurd salıb. O, Beyləqanın vaxtilə tərəkəmə rayonu olduğunu deyir.
Verilişdə üç yaşlı Mədinə də yer alır. Atası Ülvi Əzimovun sözlərinə görə, qızı "TikTok"da "tərəkəmə qızı" kimi məşhurlaşıb. Videoları 100 milyona yaxın baxış, 1 milyon 700 min izləyici toplayıb.
Vidadi Allahyarov keçmişdə eyni günə düşən toy və yas hadisəsini danışıb. Kənd camaatı kədərli xəbəri gizlədərək əvvəlcə toyu başa vurub, sonra yas mərasimini keçirib.












