Hantavirusa yoluxma ürək xəstələri üçün ikiqat təhlükə yaradır. Uruqvaylı kardioloq Alexandro Kroker bildirib ki, xroniki ürək problemləri olanlarda ağırlaşma riski daha yüksəkdir.
Həkim qeyd edib: 'Ürək xəstəlikləri hantavirus infeksiyası zamanı fəsadların inkişaf riskini əhəmiyyətli dərəcədə artırır. Bu qrup xəstələrdə ağırlaşmalar daha tez-tez və kəskin formada yaranır.'
Mütəxəssis hantavirusun miokardiopatiyaya səbəb ola biləcəyini və bunun xroniki ürək çatışmazlığına çevrilmə riskini vurğulayıb.












