Əslən Ağdamdan olan, hazırda Göygöldə yaşayan Həsənovlar ailəsi Baku TV-nin qaynar xəttinə müraciət edib.
4 yaşlı övladlarının əlillik müavinəti hər il dayandırılır. Uşaq anadangəlmə epilepsiya xəstəsidir.
Ailə başçısı Nicat Həsənov da xəstədir və üçüncü qrup əlildir. Maddi çətinlik çəkirlər.
Ana Cəmilə Həsənova bildirib: “Uşaq hər il narkoz altında müalicə alır, vəziyyəti ağırlaşır. Əlillik dərəcəsi düzgün müəyyənləşsin və dayandırılmasın”.
TƏBİB-dən bildirilib ki, ekspertiza göstəriciləri əlillik meyarlarına uyğun gəlmədiyi üçün sənədləşmə mümkün olmayıb.












