Bond.az White LogoBond.az Black Logo

Uşaqları rəqəmsal mühitdə də qorumalıyıq

Fərid Şahbazlı uşaqların rəqəmsal mühitdə qorunması üçün yaş məhdudiyyəti, valideyn nəzarəti və rəqəmsal savadlılığın vacibliyini vurğulayır.

Emin Orucov
Müəllif:Emin Orucov- Senior Editor
|
0

Fərid Şahbazlı: "Uşaqları yalnız real həyatda deyil, rəqəmsal mühitdə də qorumalıyıq"

"Uşaqların sosial şəbəkələrə çıxışının yaş məhdudiyyəti ilə tənzimlənməsi məsələsinə qadağa kimi deyil, onların hüquqlarının və təhlükəsizliyinin qorunmasına yönəlmiş addım kimi yanaşmaq lazımdır".

Oxu.Az xəbər verir ki, bu fikirləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib.

QHT sədrinin sözlərinə görə, müasir dövrdə sosial şəbəkələr artıq sadəcə ünsiyyət vasitəsi deyil, insanların davranışlarına və düşüncə tərzinə təsir göstərən güclü mexanizmə çevrilib.

"Yetkin insanların belə təsirindən qorunmaqda çətinlik çəkdiyi alqoritmlərin qarşısında uşaqların tam müdafiəsiz qalması ciddi narahatlıq doğurur. Cəmiyyət olaraq uşaqların məktəbə getməsini, avtomobil idarə etməsini və əmək fəaliyyətinə başlamasını müəyyən yaş hədləri ilə tənzimləyiriksə, onların psixoloji inkişafına birbaşa təsir edən rəqəmsal mühitə girişinin də müəyyən qaydalar çərçivəsində tənzimlənməsi məntiqli görünür".

Fərid Şahbazlı qeyd edib ki, sosial şəbəkələrin fəaliyyət modeli uşaqlar üçün əlavə risklər yaradır.

"Bu platformalar istifadəçinin diqqəti uğrunda mübarizə aparır. Onların biznes modeli insanların ekranda daha çox vaxt keçirməsinə əsaslanır. Uşaqlar isə bu sistemdə sadəcə istifadəçi deyil, onların davranışları, maraqları və reaksiyaları analiz olunan bir auditoriyaya çevrilirlər. Buna görə də uşaqları yalnız real həyatda deyil, onlayn məkanda da qorumalıyıq".

Sədr vurğulayıb ki, məqsəd texnologiyaya qarşı çıxmaq deyil, uşaqların rəqəmsal dünyaya hazırlıqlı şəkildə daxil olmasını təmin etməkdir.

"Texnologiyalar müasir həyatın ayrılmaz hissəsidir. Məqsəd uşaqları bu imkanlardan məhrum etmək deyil, onların texnologiyadan təhlükəsiz və şüurlu istifadə etməsinə şərait yaratmaqdır. Necə ki, məktəbdə dərs keçməzdən əvvəl əlifbanı öyrənmək lazımdır, eləcə də sosial şəbəkələrdən istifadə etməzdən əvvəl rəqəmsal savadlılıq və informasiya təhlükəsizliyi bacarıqları formalaşmalıdır".

F.Şahbazlının fikrincə, uşaqların sosial şəbəkələrə çıxışının yaş məhdudiyyəti, valideyn nəzarəti və rəqəmsal savadlılıq proqramları ilə birlikdə tənzimlənməsi gələcək nəsillərin sağlam inkişafına xidmət edən mühüm preventiv addımdır.

"Güclü dövlət yalnız öz sərhədlərini deyil, həm də vətəndaşlarının, xüsusilə, uşaqların psixoloji və mənəvi təhlükəsizliyini qorumağı bacaran dövlətdir. Bu gün rəqəmsal təhlükəsizlik məsələsi cəmiyyətin gələcəyi ilə birbaşa bağlı olan strateji məsələlərdən biridir".

Digər Xəbərlər
Bu gün / 20:01
|
227

Mikayıl Əliyev dairəsi: niyə təhlükəli?

Mikayıl Əliyev dairəsində sürücülərin üzləşdiyi təhlükələr və həll yolları haqqında Baku TV-nin araşdırması.

0
Bu gün / 19:01
|
637

Müddətsiz sürücülük vəsiqəsi mümkündürmü?

Sürücülük vəsiqəsinin müddətsiz verilməsi mümkündürmü? Ekspertlər sağlamlıq və yaş meyarlarını şərh edir. Azərbaycanda sürücülük vəsiqəsi qaydaları.

0
Bu gün / 16:02
|
405

Ukraynalı uşaqlar üçün Qəbələ və Şəkiyə ekskursiya

Ukraynalı 30 uşaq üçün Qəbələ və Şəkiyə ekskursiya təşkil olundu. Reabilitasiya proqramı çərçivəsində tarixi yerlər ziyarət edildi.

0
Bu gün / 15:30
|
473

Məşhurlar övladlarını sosial şəbəkələrdən necə qoruyur?

Azərbaycanlı məşhurlar övladlarını sosial şəbəkələrin zərərli təsirlərindən necə qoruyur? Deputatlar və tanınmış simalar valideyn nəzarəti, təhsil və idmanın rolunu müzakirə edir.

0
Bu gün / 15:00
|
957

Bəzi ərazilərdə qaz olmayacaq

Sabah Biləsuvarın 10 kəndində qaz təchizatı dayandırılacaq. 5300 abonentə qaz verilişi müvəqqəti kəsiləcək. Təhlükəsizlik tədbirlərinə əməl edin.

0
Bu gün / 14:33
|
624

Macarıstanın MATE Universiteti Azərbaycanda filial aça bilər

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Macarıstanın MATE Universitetinin Azərbaycanda filial açmaqda maraqlı olduğunu açıqlayıb.

0
Bu gün / 14:31
|
450

4 nəfərə satılan mənzil: vətəndaşın fəryadı

Mənzil 4 nəfərə satılan vətəndaşın fəryadı - 60 min manatını geri istəyir, lakin şirkət pulu qaytarmır.

0
Bu gün / 14:03
|
335

Bu il 116 550 şagird məzun olur

Bu il Azərbaycanda 116 550 şagird məzun olur. MÜTDA məlumatına görə, məzunların 55 954-ü qız, 60 596-sı oğlandır.

0
Bu gün / 13:32
|
844

Bakıda külək güclənəcək: sarı xəbərdarlıq

Bakıda və rayonlarda iyunun 12-16-da güclü külək gözlənilir. Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq edib. Küləyin sürəti 20 m/san çata bilər.

0
Bu gün / 13:03
|
375

Yeni təmayül modelinə qeydiyyat başladı

Bakıda X-XI siniflər üçün yeni təmayül tədris modelinə şagird və müəllim qeydiyyatı başladı. 30 məktəbdə tətbiq olunacaq model haqqında ətraflı.

0
Bu gün / 13:00
|
909

Quba və Şəkidə Aqrar Universitet filialı təklif

Deputatlar Quba və Şəkidə Azərbaycan Dövlət Aqrar Universitetinin filiallarının açılması təklif edir.

0
Bu gün / 12:31
|
739

Uşaqları internetdə necə qorumalı? - MÜSAHİBƏ

Dr. Yevgeni Komarovski ilə müsahibədə uşaqların internet təhlükəsizliyi, sosial şəbəkə riskləri və media savadlılığı müzakirə edilir.

0
...
Uşaqları rəqəmsal mühitdə də qorumalıyıq | Bond.az