Azərbaycanda uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş qanun layihəsinin ictimai müzakirəsi keçirilib.
Tədbirdə dövlət qurumları, media subyektləri, jurnalist təşkilatları və rəqəmsal məzmun yaradıcıları iştirak ediblər.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, qanun layihəsi uşaqların virtual məkanda təhlükəsizliyini və milli rəqəmsal ekosistemin hüquqi tənzimlənməsini hədəfləyir.
Prezident Administrasiyasının nümayəndəsi Elmir Vəlizadə informasiya təhlükəsizliyi və sağlam informasiya mühitinin vacibliyini vurğulayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəşad Həsənov rəqəmsallaşma şəraitində informasiya təhlükəsizliyinin aktuallığından danışıb.
Milli Kibertəhlükəsizlik Agentliyinin nümayəndəsi Həvva Hüseynli qanun layihəsindəki dəyişikliklərin əsas istiqamətlərini açıqlayıb.
Çıxışlarda uşaqların təhlükəsiz informasiya mühitində inkişafı, məktəblərdə informasiya təhlükəsizliyi təhsili və psixoloji rifahın qorunması kimi mövzular yer alıb.
İctimai müzakirədə iştirakçılar fikir mübadiləsi aparıb, təkliflər irəli sürüblər.












