Bond.az White LogoBond.az Black Logo

WUF13-də xarici mediaya Bakı turu təşkil olundu

WUF13 çərçivəsində xarici media nümayəndələri üçün Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil olunub.

Leyla Əliyeva
Müəllif:Leyla Əliyeva- Senior Editor
|
0

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində xarici media nümayəndələri üçün Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edilib.

Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tura İtaliya, Çin, Rusiya, Hindistan, Keniya, Tunis və digər ölkələrdən jurnalistlər qatılıb.

Tur mayın 20-də başlayıb. İştirakçılar əvvəlcə Ağ şəhər layihəsi ilə tanış olublar. Onlara ekoloji regenerasiya və müasir urbanizasiya barədə məlumat verilib.

Marşrut Qarabağ atları meydanı, Heykəllər kompleksi, Su pavilyonu, Fəvvarələr meydanı parkı və Zaman meydanını əhatə edib.

Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Onlara mərkəzin memarlığı, sərgiləri və mədəni layihələri təqdim olunub.

Ardınca İçərişəhərə gedən jurnalistlər Qız qalası, Şirvanşahlar sarayı və digər abidələr haqqında məlumat alıblar.

Jurnalistlər turun yüksək səviyyədə təşkil olunduğunu və Bakının tarixi ilə müasir şəhərsalma modelinin onlarda dərin təəssürat yaratdığını bildiriblər.

Digər Xəbərlər
Bu gün / 16:30
|
375

WUF13: Azərbaycan inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır

Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır. Bakıda keçirilən BMT Şəhərsalma Forumu qlobal mediada geniş işıqlandırılır.

0
Bu gün / 16:15
|
751

Eyvazxanbəyli kəndində yeni həyat

Ağdamın Eyvazxanbəyli kəndində 427 ev, uşaq bağçası, tibb mərkəzi və yollar tikilir. Müasir və təhlükəsiz həyat üçün bərpa layihələri.

0
Bu gün / 16:00
|
501

WUF13-də xarici jurnalistlər Şamaxıda

WUF13 çərçivəsində xarici media nümayəndələri Şamaxıda Cümə məscidi, Meysəri şərabçılıq kompleksi və Dəmirçilər kəndini ziyarət ediblər.

0
Bu gün / 15:46
|
573

WUF13-ün beşinci günü bitdi

WUF13-ün Bakıda keçirilən beşinci günü yekunlaşıb. Panellərdə dayanıqlılıq, mənzil siyasəti və Kəlbəcərin bərpası müzakirə olunub.

0
Bu gün / 15:30
|
418

Naxçıvan Turizm Departamenti ləğv olundu

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti ləğv edilib. Naxçıvan İqtisadiyyat Nazirliyi ləğvetmə prosesini həyata keçirəcək.

0
Bu gün / 15:16
|
934

Naxçıvan tələbələri üçün magistratura imtahanı imkanı

Naxçıvanda magistratura imtahanı verən tələbələr iyunun 14-də Bakıda yenidən imtahan verə bilərlər. Qeydiyyat mayın 23-dək davam edir.

0
Bu gün / 14:46
|
744

Mehman Mehdiyev ASCO-dan ayrıldı

Mehman Mehdiyev ASCO-dan ayrılaraq Dövlət Statistika Komitəsinə keçib. Təxminən 10 il Xəzər Dəniz Gəmiçiliyində çalışıb.

0
Bu gün / 14:34
|
492

Kəlbəcərdə 10-dan çox SES istifadəyə verildi

Kəlbəcərdə 10-dan çox su elektrik stansiyası istifadəyə verilib. Enerji təminatı və İstisu zavodu barədə ətraflı məlumat.

0
Bu gün / 14:33
|
329

PA-nın Vətəndaş Qəbulu Mərkəzində iyun qəbul cədvəli

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2026-cı il iyun ayı üçün qəbul cədvəli açıqlanıb. Bütün qəbul günləri və şəxslər burada.

0
Bu gün / 14:32
|
543

Kəlbəcərdə biznes hotel kompleksi tikilir

Kəlbəcər rayonunda 34 hektar ərazidə biznes hotel və istirahət kompleksi tikilir. 145 otaqlı hotel, restoran, hovuzlar və digər obyektlər özəl investisiyalarla inşa ediləcək.

0
Bu gün / 13:48
|
508

Məsim Məmmədov: Azərbaycan davamlı inkişaf edir

Məsim Məmmədov BMT Forumunda Azərbaycanın davamlı inkişafı və post-münaqişə yenidənqurmasından danışdı.

0
Bu gün / 13:34
|
296

Rusiya: WUF13 gənclər üçün vacib platformadır

Rusiya nümayəndəsi Nikita Tsukin WUF13-ün gənclər arasında qarşılıqlı əlaqə üçün vacib platforma olduğunu bildirib. Forumda Azərbaycanla əməkdaşlıq müzakirə edilib.

0
...