WUF13 çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax yeni siyasi öhdəliklərin götürülməsini təklif edib.
Bu təklif Azərbaycanın sədrliyi ilə keçirilən Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşdə səslənib.
Rossbax qeyd edib ki, dünyada çox sayda insan evsizdir. Ölkələr yeni siyasi öhdəliklər götürsələr, insanlar daha yaxşı yaşayacaq və mənzillə təmin olunacaqlar.












