WUF13 qeydiyyat mərkəzində iş tam sürətlə davam edir. Oxu.Az xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat və video paylaşılıb.
Paylaşımda bildirilib: "Komandamız bütün iştirakçılar üçün fasiləsiz, səmərəli və yaxşı təşkil olunmuş qeydiyyat və akkreditasiya prosesinin təmin edilməsi üzərində intensiv şəkildə çalışır."
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.












