Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Şəhərsalma yarmarkası" təşkil olunub.
20-22 may tarixlərində paytaxtın üç məkanında - İçərişəhər, Dənizkənarı Milli Park və "Dəniz Mall" ətrafında rəngarəng proqramlar keçirilir.
Yarmarkada yerli şirkətlərin məhsulları satılır, həmçinin konsertlər təşkil olunur.
İdman həvəskarları üçün AFFA dəstəyi ilə "Dəniz Mall" yaxınlığında futbol meydançası qurulub.












