Ağdamda Xaçınçaydan sel keçib.
APA-ya istinadən Oxu.Az xəbər verir ki, son günlərdə qeyri-sabit hava səbəbindən çayda suyun səviyyəsi yüksəlib.
Sel suları Xaçınçay qəsəbəsini rayon mərkəzi ilə birləşdirən yolun bir hissəsini yuyub. Həmçinin qaz xəttinə zərər dəyib.
Hazırda əraziyə texnika və canlı qüvvə cəlb olunub, problemlərin aradan qaldırılması üçün tədbirlər görülür.












