Bond.az White LogoBond.az Black Logo

Xaçmazda sel fəlakəti: evlər dağıldı

Xaçmazda sel fəlakəti: Mais Daşdəmirovun evi su basıb, FHN çadır qursa da, ailə kirayədə yaşayır. Rəsmi akt hələ tərtib olunmayıb.

Aysel Quliyeva
Müəllif:Aysel Quliyeva- Senior Editor
|
0

Aprelin 6-da yağan leysan Xaçmaz rayonunun Qaracəlli kəndində ciddi fəsadlara səbəb olub. Alpan çayının daşması nəticəsində kənd sakini Mais Daşdəmirovun evi su altında qalıb.

Mais Daşdəmirov Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib: “Evin içi bir metrə qədər su ilə dolmuşdu. Soyuducu, televizor, paltaryuyan xarab oldu. Ev təxminən 30-40 santimetr çökdüyü üçün qapı-pəncərələr bağlanmır, divarlar uçur. Fövqəladə Hallar Nazirliyi həyətdə çadır qursa da, xəstə olduğum üçün rütubətli yerdə qala bilmirəm. Hazırda kirayədə yaşayırıq. Dörd nəfərlik ailəmizdən iki oğlum hərbi xidmətdədir. Dəfələrlə müraciət etsəm də, rəsmi akt tərtib olunmayıb.”

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Nazirlər Kabinetinin 25 may 2026-cı il tarixli məktubuna əsasən, Xaçmaz Rayon İcra Hakimiyyətinin təqdim etdiyi siyahı üzrə qəzalı evlərə texniki baxış keçiriləcək və müvafiq tədbirlər görüləcək.

Digər Xəbərlər
Bu gün / 01:30
|
952

Zelenski şanssız, yoxsa Ukrayna xalqı?

Mübariz Aslanovun reportajı: Baxmutdan Kiyevə qədər müharibə, Ukrayna rəhbərliyinin kadr siyasəti və Azərbaycanın yardımları.

0
Dünən / 23:31
|
466

Astana: keçmişlə gələcəyi birləşdirən şəhər

Astana: keçmişlə gələcəyi birləşdirən şəhər. Avrasiyanın qızıl qapısı, memarlıq, muzeylər, süni intellekt mərkəzi haqqında reportaj.

0
Dünən / 22:00
|
915

Mark Kim Azərbaycan dilini necə öyrəndi?

Bloqer Mark Kim Azərbaycan dilini uşaqlarla futbol oynamaq üçün öyrəndiyini və geyim tərzi ilə bağlı tənqidlərə məruz qaldığını danışdı.

0
Dünən / 19:01
|
503

Şamaxıda Ağsu çayı daşdı: Yollar bağlandı

Şamaxıda Ağsu çayının daşması nəticəsində yollar bağlanıb, nəqliyyat iflic olub.

0
Dünən / 16:30
|
710

Bakıda sakinlərin kabus küçəsi

Bakının Sabunçu rayonunda Nikolay Baybakov küçəsi sakinləri yolun bərbad vəziyyətindən şikayətçidir. Təcili yardım tıxacda qalır.

0
Dünən / 15:01
|
357

Xaricdə təhsil alanlara möhlət dəyişikliyi

Xaricdə təhsil alanlar üçün möhlət hüququnda dəyişikliklər gündəmdə. Səfərbərlik Xidməti rəisi Mürsəl İbrahimov yeni təklifləri açıqlayıb.

0
Dünən / 14:32
|
946

Avtobus sürücüsü əks zolağa çıxıb: təhlükəli manevr

Bakıda avtobus sürücüsü əks zolağa çıxaraq təhlükəli manevr edib. Zığ şosesində baş verən hadisə ilə bağlı aidiyyəti quruma sorğu göndərilib.

0
Dünən / 14:30
|
524

Sumqayıt sakinləri 21 ildir marşrut gözləyir

Sumqayıtın 76-cı məhəlləsində sakinlər 21 ildir marşrut xətti olmamasından şikayətlənir. Gündəlik 4 km piyada getmək məcburiyyətində qalırlar.

0
Dünən / 14:03
|
565

500+ əməkdaş intizam məsuliyyətinə cəlb edildi

Səfərbərlik Xidmətinin rəisi son 3 ildə 500-dən çox əməkdaşın intizam məsuliyyətinə cəlb edildiyini, 100-dən çox materialın prokurorluğa göndərildiyini bildirib.

0
Dünən / 14:02
|
244

Çökən körpünün təmiri niyə ləngiyir?

Bakı-Qazax yolunda çökən körpünün təmiri 43 gündür davam edir. Sürücülər yan yoldan istifadə edir. Rəsmi açıqlama: yaxın zamanda tamamlanacaq.

0
Dünən / 13:31
|
357

Zabratda BYD "Prius"la toqquşdu - Video

Bakının Zabrat qəsəbəsində BYD avtomobili Toyota Prius ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. Video görüntülər sosial şəbəkələrdə yayılıb.

0
Dünən / 12:31
|
629

Şəhid atası: "Oğlumu torpaq altında təsəvvür edə bilmirəm"

Şəhid Tural Şıxızadə III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edildi. Atası oğlunu torpaq altında təsəvvür edə bilmədiyi üçün məzarına getmir.

0
...
Xaçmazda sel fəlakəti: evlər dağıldı | Bond.az