Xankəndi şəhərində Azərbaycan Silahlı Qüvvələrinin 108-ci ildönümü qeyd olunur. Hərbçilərin yürüşü keçirilir.
Yürüşün önündə Azərbaycan əsgəri addımlayıb. Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət mərkəzi küçələrdə marşrut üzrə hərəkət edir.
Vətənpərvərlik mahnıları və qələbə marşı səsləndirilir. Yerli sakinlər və qonaqlar yürüşü maraqla izləyir.
Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular vətəndaşlar tərəfindən alqışlanır.












