Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov xaricdə təhsil alanların möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə biləcəyini bildirib.
O, təhsil möhlətlərinin əsasında xidmətdən yayınma hallarının korrupsiyaya şərait yaratdığını vurğulayıb: "Biz bu məsələlərə son qoymalıyıq".
İbrahimov qeyd edib ki, möhlət verilməsi qanunvericiliklə tənzimlənir, lakin bəzi şəxslər saxta sənədlərlə möhlət almağa çalışır. Xidmət rəisi xaricdə təhsil alan çağırışçılara çağırış edib: "Təhsil ocaqlarının siyahısını Təhsildə Keyfiyyət Təminatı Agentliyinin saytından yoxlayın".
O, yeni normaların hazırlandığını və qısa müddətdə tətbiq ediləcəyini bildirib.












