TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev bildirib ki, ilin sonunadək dövlət tibb müəssisələrində növbə problemini aradan qaldırmaq hədəflənir.
Onlayn növbə sistemi mərhələli şəkildə genişləndirilir. Gələn həftədən etibarən bu sistem 6 tibb müəssisəsində tətbiq olunacaq.
Rzayev qeyd edib ki, vətəndaş seçdiyi tibb müəssisəsində növbə tapa bilmədikdə, digər dövlət xəstəxanalarındakı eyni ixtisaslı həkimlərə onlayn növbə götürə biləcək.
“Məqsəd resurslardan səmərəli istifadə və vətəndaşın xidmətə çıxışını asanlaşdırmaqdır”, - deyə o vurğulayıb.
Həkimlərin qəbul sayı məhduddur. Vətəndaşlar alternativ tibb müəssisələrində eyni xidməti ala bilərlər.
Statistikaya görə, onlayn növbə götürənlərin yalnız 58 faizi həkim qəbuluna gəlir. 42 faiz növbəsindən istifadə etmir.
Rzayev vətəndaşları istifadə etməyəcəkləri növbələri vaxtında ləğv etməyə çağırıb.
Dövlət satınalması elan olunub, ilin sonuna qədər sistem ölkə üzrə genişləndiriləcək.












