Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsində yol çöküb. Bu vəziyyət sakinlərin narahatlığına səbəb olub.
Oxu.Az-ın qaynar xəttinə daxil olan şikayətdə bildirilir ki, bir həftədən çoxdur "Azəristiliktəchizat" ASC yolun bir istiqamətini bağlayıb, lakin heç bir iş görülmür.
İkizolaqlı yolda nəqliyyatın hərəkəti çətinləşib, pik saatlarda tıxaclar və qəza riski yaranır.
Qurumdan verilən məlumata görə, ərazidə araşdırma aparılır. Çökmə səbəbinin müəyyən edilməsi üçün dövlət qurumları ilə razılaşdırma aparılır. İcazə alındıqdan sonra təmir işlərinə başlanacaq.












