Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 08:55-də baş verib. Zəlzələ ocağı 18 kilometr dərinlikdə yerləşib.












