Beynəlxalq şirkətlərin iştirakı ilə dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında Xəzər suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılıb.
Oxu.Az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov deyib.
O bildirib ki, layihə çərçivəsində ildə təxminən 100 milyon kubmetr içməli su istehsal edilərək şəbəkəyə veriləcək. Həmçinin duzsuzlaşdırma zavodundan Ceyranbatan Su Təmizləyici Qurğular Kompleksinə qədər magistral su xətti çəkiləcək.
Bu layihə Bakı və ətraf ərazilərdə içməli su təminatını təxminən 25% artıracaq.












