Bond.az White LogoBond.az Black Logo

Xırdalanda kanalizasiya suları küçəyə axdı

Xırdalanda kanalizasiya suları küçəyə axıb, ərazini üfunət bürüyüb. Sakinlər narahatdır. Su təchizatı xidməti tıxacın aradan qaldırıldığını bildirib.

Elnur Tağıyev
Müəllif:Elnur Tağıyev- Senior Editor
|
0

Abşeron rayonunun Xırdalan şəhərində kanalizasiya sularının küçəyə axması sakinlərin narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Hadisə şəhərin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. İddialara görə, kanalizasiya suları yolun hərəkət hissəsinə axır, nəticədə ərazini kəskin üfunət bürüyüb.

Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda tullantı su xəttində baş vermiş tutulma ötən gün aradan qaldırılıb.

Xidmət əlavə edib: "Xüsusilə qeyd edirik ki, tullantı su şəbəkəsinə və kanalizasiya quyularına müxtəlif növ məişət tullantılarının atılması nəticəsində mütəmadi olaraq tutulmalar yaranır. Bu kimi halların qarşısının alınması məqsədilə sakinlərdən xahiş olunur ki, şəbəkəyə tullantı sudan başqa hər hansı əşya, o cümlədən salfet, qida qalıqları və digər məişət tullantıları atmasınlar".

Digər Xəbərlər
Bu gün / 15:31
|
454

Şimal-Cənub dəhlizində yeni mərhələ

ADY sədri Rusiyada RJD və İran dəmiryolu rəhbərləri ilə görüşüb, Şimal-Cənub dəhlizinin inkişafı müzakirə olunub.

0
Bu gün / 15:30
|
484

Salyan-Bakı yolunda qəza: qadın sürücü xəsarət aldı

Salyan-Bakı yolunda Chevrolet markalı avtomobil qəzaya uğrayıb, qadın sürücü xəsarət alıb. Hadisə Çuxanlı kəndində baş verib.

0
Bu gün / 14:34
|
755

Bakıda 3 marşrut üzrə avtobusların istiqaməti dəyişdirildi

Bakıda Yasamal rayonunda təmir işləri səbəbindən 10, 14 və 18 nömrəli avtobus marşrutlarının istiqaməti müvəqqəti dəyişdirilib. Ətraflı məlumat daxildə.

0
Bu gün / 14:30
|
976

Range Rover-dən 11 min manat oğurlayan sürücüyə hökm

Bakıda Range Rover-dən 11 min manat oğurlayan sürücüyə 1 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası verildi.

0
Bu gün / 14:01
|
654

Bakıda velosiped zolağı narazılığı

Bakının Rəşid Behbudov küçəsində velosiped zolağının daralması və istiqamət dəyişikliyi qəza riski yaradır. Vətəndaş AYNA-ya müraciət edib.

0
Bu gün / 14:00
|
542

Psixoloq: Sosial şəbəkələr uşaqları asosiallaşdırır

Psixoloq Fərqanə Mehmanqızı sosial şəbəkələrin uşaqlara təsiri barədə xəbərdarlıq edib: asosiallıq, hərəkətsizlik və fiziki problemlər.

0
Bu gün / 13:31
|
493

Sosial şəbəkələr uşaqları ekrandan qoparacaq

Sosial şəbəkələrin uşaqlara təsiri və onları ekrandan qoparan 'Uşaqlıq Offline' cizgi filmi haqqında məlumat.

0
Bu gün / 13:31
|
334

Coratda dənizdə boğulma: bir ölü

Sumqayıtın Corat qəsəbəsində dənizdə boğulma hadisəsi: bir nəfər xilas edildi, bir qadının meyiti tapıldı.

0
Bu gün / 13:03
|
528

Tarixi binanın damı qəzalı vəziyyətdədir

Bakının Səbail rayonunda XIX əsr tarixi binanın damı qəzalı vəziyyətdədir. Sakinlər təmir olunmayan damdan şikayətçidir.

0
Bu gün / 13:01
|
302

Bakıda dörd avtomobil toqquşub: Yaralıların vəziyyəti açıqlandı

Bakıda zəncirvari qəza: dörd avtomobil toqquşub, üç nəfər xəsarət alıb. Yaralıların vəziyyəti açıqlanıb.

0
Bu gün / 13:00
|
839

Binəqədidə ağac budaqları işıqforu gizlədir

Binəqədidə ağac budaqları işıqforu görünməz edib, sürücülər çətinlik çəkir. DİN monitorinq aparıb, 48 işıqfor siyahıya alınıb.

0
Bu gün / 10:01
|
994

Xətai sakinlərinin lift problemi: beş ildir vəd, nəticə yox

Xətai rayonunda 5 ildir işləməyən lift sakinləri çətin vəziyyətdə qoyub. RİH ilin sonuna kimi təmir vəd edir.

0
...
Xırdalanda kanalizasiya suları küçəyə axdı | Bond.az