Abşeron rayonunun Xırdalan şəhərində qapaqsız lük sürücü və piyadalar üçün təhlükə yaradırdı.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Heydər Əliyev prospektindəki yağış suyu lüyünün qapağının olmadığı əks olunub.
Şikayətdə bildirilirdi ki, açıq lük həm nəqliyyat, həm də piyadalar üçün təhlükəlidir.
Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyəti problemi həll edib və lüyü qapaqla təmin edib.












