Xocalı rayonunun Təzəbinə kənd sakini Anar Buludxanov 10 yaşında tərk etdiyi doğma yurda 10 övladı ilə qayıdıb.
Oxu.Az xəbər verir ki, o, uzun illərdən sonra doğulub-böyüdüyü kəndə dönməyin sevincini yaşayır.
A.Buludxanov Təzəbinə kəndində ən çoxsaylı ailənin başçısıdır: "44 yaşımda doğma ocağımıza qayıtdım. Ailəm 12 nəfərdir, 6 oğlan, 4 qız övladım var. Böyüyü 19, kiçiyi 1 yaşında. Sevinirəm ki, övladlarıma Qarabağı sevdirə bilmişəm."












