Bakının Binəqədi rayonunda yerləşən Xocəsən gölü daşaraq ətraf evləri su altında qoyub.
Sakinlər gölün su səviyyəsinin kəskin artdığını bildirir. Onların sözlərinə görə, yağış suları normal axına maneə törətdiyi üçün toplanır və daşqına səbəb olur.
Bələdiyyə rəsmiləri problemin Lökbatan gölü istiqamətindəki axın xəttinin kifayət qədər ötürücülük qabiliyyətinə malik olmamasından qaynaqlandığını bildirib.
Dövlət Su Ehtiyatları Agentliyi Şıxov istiqamətində yeraltı tunellə kanalizasiya xətti çəkir. Sahil qəsəbəsində təmizləyici qurğu tikilir. Layihə bitdikdən sonra təmizlənmiş sular Xəzər dənizinə axıdılacaq.
Bələdiyyə ərazidəki tikinti işlərinin daşqınla əlaqəsi olmadığını vurğulayır.












