Xörək duzu insan orqanizmi üçün vacib mineraldır. O, maddələr mübadiləsi, sinir sistemi, əzələlər və su balansında rol oynayır.
Həkimlər yetkin insanın gündəlik minimum duz tələbatının 1.4 qram olduğunu bildirir. Yuxarı hədd isə 3.8-6 qram (təxminən bir çay qaşığı) arasındadır.
Çox insan normadan artıq duz istehlak edir. ÜST həddindən artıq duz istifadəsinin təzyiq yüksəlməsi, ürək-damar xəstəlikləri, böyrək yükü və mədə problemlərinə səbəb ola biləcəyini vurğulayır.
Duz təkcə yeməkdə deyil, hazır qidalarda da var. Sağlamlıq üçün qidalanma nəzarəti vacibdir.












