Mayın 21-i saat 16:30-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.
Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yardımlı, Qusar, Balakən, Qax (Sarıbaş), Tovuz, Sabirabad, Salyan, Göygöl, Gəncə, Neftçala, Bərdə, Xızı, Şəmkir, Astara, Tərtər, Mingəçevir, Şəki, Şahdağ, Xınalıqda arabir şimşək çaxır, yağış yağır.
Saat 11:41-11:46-da Gədəbəy rayonuna diametri 11 mm olan, saat 15:37-15:39-da Şəki şəhərinə diametri 10-12 mm, saat 16:04-16:10-da Qax rayonunun Qaxbaş kəndinə diametri 8-10 mm olan dolu düşüb.












