Hazırda paytaxtda və bir çox bölgədə yağışlı hava müşahidə olunur. Bu, yollarda qəza riskini artırır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib: gecə və səhər çiskinli hava görünüşü məhdudlaşdırır.
Həftəsonu səfər edənlərin sayı artacaq. Sürücülərə sürət həddinə nəzarət etmək, nasaz maşınla yola çıxmamaq tövsiyə olunur.
Yağış iyunun 28-dək davam edəcək. Piyadalar, moped və motosiklet sürənlər də diqqətli olmalıdır.












