Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) jurnalistlərə açıqlama verib.
O qeyd edib ki, yenidənqurma prosesi üçün əsas şərtlər maliyyə resursları və sülh mühitidir. Lakin əsas çətinlik mina problemidir.
Rəfiyev bildirib: "Maliyyə və sülh olsa belə, mina problemi bərpa işlərinə mane olur. Bu humanitar məsələdir, beynəlxalq ictimaiyyət birlikdə çalışmalıdır."
Nazir müavini vurğulayıb ki, Azərbaycan COP29 və WUF13 kimi qlobal tədbirlərə ev sahibliyi edərək körpü rolunu oynayır. Ölkə çoxşaxəli diplomatiya çərçivəsində əməkdaşlığı davam etdirir, bu tədbirlərin irsini qoruyacaq.












