Bakının Yasamal və Nizami rayonlarının bəzi hissələrində elektrik enerjisi kəsiləcək.
"Azərişıq" ASC-dən verilən məlumata görə, iyulun 2-də saat 10:00-dan 13:00-dək Yasamal RETSİ ərazisində TM-də təmir işləri aparılacaq. Bu səbəbdən Tağı Şahbazi, İsmayıl bəy Qutqaşınlı və Qızıl Şərq küçələrinin bir hissəsində elektrik məhdudlaşdırılacaq.
Eyni tarixdə Nizami RETSİ ərazisindəki TM-lərdə təmir-təftiş işləri ilə əlaqədar Nizami Abdullayev küçəsində də fasilə olacaq.
İşlər bitdikdən sonra həmin ərazilər daha keyfiyyətli enerji ilə təmin ediləcək.












