Yay ayaqqabısının düzgün seçilməməsi sağlamlıq üçün ciddi təhlükələr yarada bilər.
Rusiyalı travmatoloq-ortoped Antonina Zavadskaya Gazeta.ru-ya bildirib ki, yayda ayaqqabı seçərkən xüsusi diqqət tələb olunur.
Həkim qeyd edib ki, daban hissəsinin olmaması ayağın dayanıqlığını azaldır, zədələnmə riskini artırır.
Dar burunlu ayaqqabılar isə barmaqların deformasiyasına və qan dövranının pozulmasına səbəb olur.
Platformalı ayaqqabılarda tənzimlənən bağlayıcıların olmaması da risk yaradır.
Səndəllər, idman ayaqqabıları və vyetnamkalar ayaq üçün kifayət qədər dəstək təmin etmir, baldır, bud və bel əzələlərinin həddindən artıq gərginləşməsinə gətirib çıxarır.
Zavadskaya yay üçün ideal ayaqqabının 2-4 sm dayanıqlı dabanlı, geniş ön hissəli, tənzimlənən bərkidiciləri və etibarlı arxa hissəsi olan modellər olduğunu vurğulayıb.
Elastik və sürüşməyən altlıq da rahatlıq baxımından vacibdir.












