Son illərdə yollarda nişanlanma xətləri ilə təhlükəsizlik adacıqları yaradılır. Bu kimi xətlənmələrə çox rast gəlinir. Bəzən xətti tapdalamağa və yaxud üzərində avtomobili saxlamağa görə cərimələr tətbiq olunur.
Bəs bu adacıqların mahiyyəti nədən ibarətdir? Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev bildirib ki, bəzi yerlərdə bu tip xətləmələr düzgün aparılmayıb. Nəticədə sıxlıq yaranır və yaxud işarəni görməyən şəxslər cərimələnirlər.
Adacıqların üzərinə çıxan şəxsləri 40 manat məbləğində cərimə gözləyir.












