Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Bu gün Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
Zəngilana 5 ailə (26 nəfər), Şükürbəyliyə isə 107 ailə (453 nəfər) köçürülüb.
Qayıdan sakinlər dövlət qayğısına görə Prezidentə və Birinci vitse-prezidentə təşəkkür edib, ordumuza minnətdarlıq bildiriblər.












