İsrail ordusu Livanın cənubunda Hizbullah üzvlərini atəşə tutub.
Oxu.Az-ın məlumatına görə, SAXAL mətbuat xidməti bildirib ki, hadisə Əli-ət-Tahir dağ silsiləsindəki təhlükəsizlik zonasında baş verib.
Buldozer və motosikletlərlə hərəkət edən dörd Hizbullah terrorçusu bufer zonaya daxil olaraq əsgərlərə yaxınlaşıb və təhlükə yaradıb.
Əsgərlər xəbərdarlıq atəşi açaraq onları geri çəkilməyə məcbur edib.












