57 yaşlı Söhrab Seifzadə son 10 ildir evdən çıxmırdı. Çəkisi 330 kiloqrama çatdığı üçün xüsusi əməliyyatla xəstəxanaya yerləşdirildi.
Xəstənin hər ayağının çəkisi təxminən 50 kiloqramdır. O, vaxtilə tikintidə rəngsaz işləyib. 47 yaşında Türkiyədə limfa vəzilərindən əməliyyat olunub, sonra səhhətində problemlər yaranıb.
Həyat yoldaşı 10 ildir ona qulluq edir. Cütlüyün övladı yoxdur. Həyat yoldaşı deyir: "Söhrab mənim üçün övlad əvəzidir".
Müalicə həkim Zakir Quliyevin nəzarəti altında aparılır. Həkim bildirib ki, yaxın zamanda ayaqlarda müsbət dəyişiklik gözlənilir.












