Ağdamın Baş Qərvənd kəndində 479 hektardan artıq ərazidə tikinti işləri sürətlə davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocəvənd rayonlarında xüsusi nümayəndəliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Baş Qərvənddə yeni həyat addım-addım qurulur. 479 hektardan artıq ərazidə davam edən tikinti işləri gələcəyə olan inamın, doğma yurda qayıdış sevincinin və böyük ümidlərin təcəssümüdür" - deyə paylaşımda qeyd olunub.












