Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə abituriyentlərin bilik və bacarıqlarının obyektiv qiymətləndiriləcəyini bildirib.
"Hər kəs öz biliyinə uyğun yerə qəbul olunacaq. Başqa yollar axtarmasınlar, sadəcə hazırlaşsınlar", - deyə o, qeyd edib.
Abbaszadə imtahan öncəsi psixoloji mühitin vacibliyini də vurğulayıb: "Stres yox, sakitlik yaradılmalıdır ki, abituriyent öz biliyini tam göstərə bilsin".












