WhatsApp rəsmi olaraq istifadəçi adları (username) funksiyasını təqdim edib. Bu yenilik sayəsində istifadəçilər öz telefon nömrələrini gizlədə biləcəklər.
Yeni funksiya aktivləşdirildikdə, digər şəxslər və şirkətlər istifadəçinin nömrəsini görə bilməyəcək. Əlaqə yalnız istifadəçi adı vasitəsilə qurulacaq.
Funksiya rəsmi olaraq ilin sonunda istifadəyə veriləcək. Lakin indidən istifadəçi adlarını rezerv etmək mümkündür. Bunun üçün Settings > Account > Username bölməsinə daxil olmaq lazımdır.
Bundan əlavə, istifadəçilər xüsusi 4 rəqəmli şifrə təyin edə biləcəklər. Kimsə sizə mesaj göndərmək üçün istifadəçi adı ilə yanaşı bu şifrəni də bilməlidir. Funksiya bir neçə ay ərzində ölkələr üzrə mərhələli şəkildə aktivləşdiriləcək.










