Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə olunub.
Yeni dəyişikliklər neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV depozit hesabından dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanı yaradacaq.
Deputat Vüqar Bayramov sosial media hesabında qeyd edib ki, bu qaydalar sahibkarların depozit hesabından istifadə imkanlarını genişləndirəcək və sosial ödənişlər üçün əlavə maliyyə mənbəyi yaradacaq.
Hazırda sahibkarlar depozit hesabındakı vəsaitdən sosial ödənişlər üçün istifadə edə bilmirdi. Yeni dəyişiklik bu problemi aradan qaldıraraq vəsaitin daha səmərəli istifadəsinə imkan verəcək.
Qanun təsdiqlənərsə, 1 yanvar 2027-ci ildən 4 il müddətinə qüvvədə olacaq.












