Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən marketlərin birində oğurluq hadisəsi baş verib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı F.Əsgərov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, gündüz saatlarında marketə daxil olaraq satıcıların diqqətinin yayınmasından istifadə edib və oğurluq edib.
Faktla bağlı araşdırma aparılır.












